Roman Qriqorçuk: "Bu gün də elə oldu"

17:22 - 30 Mart 2016

"Fasilədə elə də çox tapşırıqlar vermədim"

 

Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edən AZAL 2:1 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:

 

"Fasilədə elə də çox tapşırıqlar vermədim. Çünki komanda birinci hissədə yaxşı oynayırdı. Sadəcə, rəqibin ikinci hissədə daha sürətli oynayacağını nəzərə alıb, bəzi dəyişikliklər etdik. Həmçinin futbolçularıma standart vəziyətlərdə ehtiyatlı oynamağı tapşırdım. Bir dəyişməz prinsipimiz var ki, ilk 11-likdə həmişə hazır olanlar oynayır. Bu gün də elə oldu”.

Xəbər xətti