"Gəncədə oynamaq hər zaman çətindir"
Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Zirə" 0:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov "CBC Sport"a açıqlamasında bunları qeyd edib:
"Gəncədə oynamaq hər zaman çətindir. "Kəpəz" həqiqətən böyük komandadır. 11 metrlik zərbə planlarımıza daxil deyildi. Bu gün oyunumuz alınmadı. Məğlub olsaq da, komandam sonadək mübarizə apardı. Penalti epizoduna gəlincə, düşünürəm ki, hakimin düzgün qərar verdi. Həmin epizodda cərimə meydançasında rəqibə toxunuş vardı. Bundan sonra bütün gücümüzü hücuma qoyduq, nəticədə qapımızda ikinci topu gördük".
saytlarin hazirlanmasi