Şahin Diniyev: "Zirə"də Bonilla yox idisə, bizdə də Ebah oynamırdı"

17:56 - 30 Mart 2016

"Uğurlu çıxışımızı davam etdirməliyik"

 

Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "Zirə" 0:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "CBC Sport"a açıqlamasında bunları qeyd edib:

 

"Həm azarkeşlər, həm də çempionat üçün maraqlı oyun idi. Rəqiblə mübarizə apara, təkbətək epizodlarda onlara qalib gələ bildik. Deməzdim ki, “Zirə”nin heyətində Nelson Bonillanın olmaması bizə kömək etdi. Hər iki tərəfin heyətlə bağlı problemləri var idi. "Zirə"də Bonilla yox idisə, bizdə də Julien Ebah oynamırdı. Bir də ki, bizim müdafiəçilərimiz istənilən hücumçunun qarşısını kəsmək iqtidarındadır. Hazırda "Qəbələ" ilə aramızda xal fərqi elə də çox deyil. Biz uğurlu çıxışımızı davam etdirməli və əlimizə düşən hər şansdan yararlanmalıyıq".

Xəbər xətti