Samir Abasov: "Bu biabırçı oyuna görə üzr istəyirəm"

19:07 - 30 Mart 2016

"Ədalətli nəticə heç-heçə olardı"

 

Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edən "Sumqayıt" 2:1 hesablı qələbə qazanıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyunsonrası keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:

 

"İlk olaraq "Xəzər Lənkəran"ı belə çətin vəziyyətdə olmalarına baxmayaraq, mübarizə apardığına görə təbrik edirəm. Bu gün bəxtimiz gətirdi ki, qalib gəldik. Ədalətli nəticə heç-heçə olardı. Azarkeşlərimizdən bu biabırçı oyuna görə üzr istəyirəm. Udmağımıza baxmayaraq, rəqibə alqış düşür. Məni aqressiv biri kimi tanıyırlar. Ona görə, qırmızı vərəqə epizodunda hakimə tərəf getmədim. Həmişə oyundan sonra hakimlərin yanında polislər olur. Aqressivliymə görə məni polislər hakimlərin yanına buraxmır. Polislərə yaxınlaşmağa da qorxuram. Qələbə qazandığımız üçün bu gün çox dərinə getmədim".

Xəbər xətti