SON DƏQİQƏ: "İnter" avrokuboklardan uzaqlaşdırıldı

21:30 - 30 Mart 2016

10 gün ərzində apellyasiya şikayəti edə bilər
 
UEFA paytaxt təmsilçisi "inter"i cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edib. "İnter” bu qərara əsasən apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. “İnter” bu hüquqdan istifadə etmək niyyətindədir.
 
Qeyd edək ki, "İnter"in avrokuboklardan kənarlaşdırılacağı ilə bağlı ilk xəbəri Sportal.az saytı yaymışdı. (http://sportal.az/?goal=news&id=66927)

Xəbər xətti