Orxan Sadıqlı: "Xəzər Lənkəran"da oynayırıqsa, bunun haqqını verməliyik" MÜSAHİBƏ

15:49 - 31 Mart 2016

"Mənim oyun üslubum belədir"
 
"Xəzər Lənkəran"ın qolkiperi Orxan Sadıqlı "Sumqayıt"a 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra Sportal.az saytına müsahibə verib.
 
- Oyun haqda fikirlərinizi bildirərdiniz...
- Uduzmalı deyildik. Çoxlu qol şanslarımız oldu. Hamısını da sağa-sola xərclədik. Futbolda da belə şeylər olur. Bundan dərs çıxarmalıyıq.
 
- Oyunun nəticəsi ədalətli idi?
- “Sumqayıt” təhlükəli epizod yaratmadı. İlk qol avtoqol oldu. Bizim epizodlarımız çox oldu. Amma yararlana bilmədik. Hakim oyunun sonlarında penaltimizi vermədi.
 
- Hakimin idarəçiliyi haqda nə söyləyə bilərsiniz?
- Hakimdən narazıyam.  Mən ona etiraz edirəm, amma mənə sarı vərəqə verir. Bilmirəm niyə sarı vərəqə aldım. Həmişə haqqımızı yeyirlər. Nə vaxta kimi belə davam edəcək?
 
- Elbrus Məmmədov oyuna iki hücumçu buraxdı. Amma siz vaxtı uzadırdınız...
- Mənim oyun üslubum belədir. Oyunun tempinə uyğun belə edirəm.
 
- “Xəzər Lənkəran” ın maliyyə cəhətdən çox zəifləsə də, futbolçular matça çox istəkli çıxırlar. Bunun səbəbi nə idi?
- Maliyyə problemi demək olar ki, bütün klublarda olur. Biz əgər “Xəzər Lənkəran”da oynayırıqsa, bunun haqqını verməliyik.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti