"AZAL da heç kimdən geri qalmır"
AZAL-ın kapitanı Rail Məlikov Premyer Liqanın XXVIII turunda "Qəbələ” üzərində qazanılan qələbədən sonra Sportal.az əməkdaşının suallarını cavablandırıb:
"Bu oyunda bizə ən böyük motivasiya kanalların birində iki mütəxəssisin şərhi oldu. Onlar bildirdilər ki, "Qəbələ” AZAL-ı udmayıb, kimi udacaq. Bizə yuxarıdan aşağı baxırlar. Onlara təşəkkür edirik ki, bizə motivasiya verdilər. Biz də çıxıb, sübut etdik ki, kim nədi. Həmin mütəxəssislərdən xahiş edirəm ki, sözlərini geri götürsünlər. Bütün uşaqlarla fəxr edirəm. Hesabda geridə olacağımız vaxtda, qələbə qazanacağımıza inanırdıq.”
- Sənin fikrincə, AZAL-a qarşı niyə belə fikir var?Belə 500 manat maaşa oynayırsız, ona görə...
- Burada 500-600 manata oynayan uşaqlar var. Elə mən də. Bu məsələ önəm kəsb etmir. Həmişə pula görə oynamışıq, bir az da futbolu sevib oynayırıq. Ola bilər, bu, bir az təsir edir. AZAL-da oynayan futbolçular yüksək maaşa layiq futbolçulardır. Biz futbolu sevib, dar gündə komanda ilə bir yerdəyik. İnşallah, növbəti mövsüm tam başqa AZAL olacaq. Ola bilər ki, kiminsə gözü götürmür. Az büdcə ilə çox söz deyirik, ona görə.
- İlk hissədə zəif oynadınız. Fasilədən sonra nə dəyişdi ki, ikinci hissədə güclü təsir bağışladınız?
- İlk hissədə zəif oynamaıq. İlk 15 dəqiqədə yaxşı təsir bağışladıq, sonra isə öz oyunumuza diqtə edə bilmədik. Lakin fasilədən sonra istədiyimiz oyunu göstərə bildik.
- Bəlkə, "Qəbələ” arxayınlaşdı, ona görə belə oldu?
- Xeyr, "Qəbələ”nin arxayınlaşdığını deyə bilmərəm. Çünki ilk hissədən sonra oyunumuza diqtə etməyə başladıq. Ona görə belə alındı. "Qəbələ” güclü komandadı, amma AZAL da heç kimdən geri qalmır.
saytlarin hazirlanmasi