AFFA hakim səhvini təsdiqlədi, qırmızı vərəqə ləğv olundu

13:17 - 1 Aprel 2016

27-ci turun cəzaları

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub:

 

 

Azərbaycan Premyer Liqasının XXVII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

 

Premyer Liqanın XXVII turunun “İnter” – “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

 

Premyer Liqanın XXVII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılışmışdır.

 

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul etmişdir:

Oyunun 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimova sonuncu ümid fouluna görə göstərilmiş qırmızı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

 

Əvəzedici heyətlərin XXVII turunun “Qarabağ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Oyunun 40-cı dəqiqəsində “Rəvan” klubunun 33 №-li futbolçusu Sahil Cəfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

Xəbər xətti