"Biz belə müraciət etməmişik"
Dünən mətbuatda FİFA prezidenti Canni İnfantinonun Azərbaycan və Türkiyənin futbol üzrə 2026-cı il dünya çempionatına ev sahibliyi etmək istəməsi haqda fikri böyük maraq doğurmuşdu.
Sportal.az xəbər verir ki, bu gün Gənclər və İdman Naziri Azad Rəhimov məsələ ilə bağlı açıqlama verib:
"Bu, İnfantinonun öz fikridir. Bizim tərəfdən belə müraciət edilməyib. Biz heç bu haqda Türkiyə ilə müzakirə etməmişik. Hazırda bu haqda düşünmürük".
saytlarin hazirlanmasi