Penalti Rauf Cabbarova baha başa gəldi
Premyer Liqanın 26-cı turunda "Neftçi" - "Kəpəz" (2:3) matçının hakimi Rauf Cabbarov cəzalandırılıb.
Sportal.az xəbər verir ki, buna səbəb hakimin matçın 33-cü dəqiqəsində cərimə meydançasının kənarında "Kəpəz"in futbolçusu Namiq Ələsgərova qarşı olmuş qayda pozuntusuna görə penalti qərarı verməsi olub. Məhz Hakimlər Komitəsi bu səhvə görə Rauf Cabbarovu 3 oyunluq "istirahət"ə göndərib.
Premyer Liqanın 27-ci turunda "Sumqayıt" - "Xəzər Lənkəran" (2:1) matçının baş hakimi Elvin Əsgərov isə meydan sahiblərinin futbolçusu Mikayıl Rəhimova haqsız yerə qırmızı vərəqəyə görə 5 oyunluq cəzalandırılıb. Qeyd edək ki, İntizam Komitəsinin qərarı ilə Mikayıl RƏhimova verilən qırmızı vərəqə ləğv edilib.
saytlarin hazirlanmasi