"Ağ-qaralar"da daha bir ayrılıq
"Neftçi" klubunda dünən növbəti ayrılıq reallaşıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, klubun seleksiya xidmətinin rəhbəri Bəxtiyar Musayev "Neftçi"dən gedib. Buna səbəb isə klubun icraçı-direktoru Elnur Məmmədov və baş məşqçi Vəli Qasımovun onun işinə tez-tez qarışması olub.
Sabiq prezident Sadıq Sadıqovun dönəmindən qalan Musayevi o vəziyyətə gətiriblər ki, dünən o, istefa ərizəsini yazaraq klubu tərk edib.
Qeyd edək ki, bu barədə ilk xəbəri sportinfo.az yayıb.
saytlarin hazirlanmasi