Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə AZAL-ın qonağı olan "Kəpəz" 0:3 hesablı məğlubiyyətlə üzləşib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bunları qeyd edib:
"Danışmaq çətindi. Rəqib qol vəziyyətindən ağıllı şəkildə istifadə etdi. Bu hesab bizə yaraşmır. Növbəti oyunları düşünməliyik. Nəticə faciəvi oldu. Məsuliyyət mənimdi. Xırda səhvlər etdik, rəqib də bundan yararlandı".