"Zirə"nin ispaniyalısı: "Atamın stadionda olması məni motivasiya edirdi" MÜSAHİBƏ

00:05 - 5 Aprel 2016

"İstəyirik ki, mövsümü major notlarda bitirək"
 
"Zirə"nin ispaniyalı yarımmüdafiəçisi Luiz Diezin (Tato) Sportal.az-a müsahibəsi
 
- "Sumqayıt"a minimal hesabla qalib gəldiniz...
- Gərgin oyun oldu. İlk dəqiqələrdə fərqlənmək istəsək də, rəqib yaxşı müdafiə olunurdu. Çox çalışsaq da, qolu son dəqiqələrdə vurduq.
 
- Oyunu izləyənlər arasında atanız da var idi. Bu, sizdə əlavə ruh yüksəkliyi yaratmışdı?
- Bir neçə gündür ki, atam Bakıdadır. Əlbəttə, atamın stadionda olması məni motivasiya edirdi. Çox həvəsli idim. Fikrimcə, oyunumdan razı qalıb.
 
- “Sumqayıt”dan belə oyun gözləyirdiniz?
- Düşünürəm ki, “Sumqayıt” bizi yaxşı analiz etmişdi. Yaxşı taktika seçmişdilər. Buna baxmayaraq, qələbə bizim oldu.
 
- Mövsümün sonunda “Zirə”dən ayrılacaqsınız?
- Bir futbolçu qala da bilər, gedə də bilər. Sözün düzü, bu haqda fikirləşməmişəm. Mövsümün sonunda bütün suallara aydınlıq gələcək.
 
- Növbəti turda qarşılaşacağınız “Rəvan” bu tur “Neftçi”ni məğlub etdi...
- Fikrimcə, gərgin olacaq. Həmin oyunda erkən qol vurmağa çalışacağıq. Qələbə qolunu son dəqiqələrə saxlamaq istəmirik.
 
- Mövsümün sonunda avrokuboklarda iştirak etməyə bilərsiniz. Əgər bu baş versə, komandada ruh düşkünlüyü yaranmaz?
- İstəyirik ki, mövsümü major notlarda bitirək. Bizim hədəfimiz məhz budur.  Yəqin ki, bununla bağlı son qərar veriləcək. Biz sadəcə gözləməliyik.

Xəbər xətti