"Kəpəz" və "Qəbələ" cəzalandırıldı

12:45 - 5 Aprel 2016

28-ci turun matçları

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Premyer Liqasının XXVIII turunun AZAL – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Junior Martinsikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Rəvan” – “Neftçi” matçında “Neftçi” klubunun 41 №-li futbolçusu Akşin Qurbanlıikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Xəbər xətti