Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyunda zədələnən "Sportinq"in müdafiəçisi Jeremi Matye bir müddət futbol oynamayacaq.

 

Sportal.az xəbər verir ki, zədələnərək, oyunu yarımçıq tərk edən 32 yaşlı futbolçu 1 aylıq sıradan çıxıb.

 

Qeyd edək ki, sözügedən matçda "Sportinq" 2-0 hesabı ilə qalib gəlmişdi.