Premyer Liqanın 20-ci turunda "Neftçi" "Sabah"ı qəbul edir.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" 2-ci hissədə ciddi itki ilə üzləşib. Komandanın qapıçısı Aqil Məmmədovun halı pisləşib. Ona tibbi yardım göstərilib. Bundan sonra mübarizəni davam etdirən 30 yaşlı qapıçı yenidən yerə yıxılıb.
Aqil 56-cı dəqiqədə meydanı xərəkdə tərk edib. Onun əvəzinə Səlahət Ağayev meydana çıxıb.
saytlarin hazirlanmasi