2008-2009-cu illərdə "Neftçi"nin baş məşqçisi olmuş Hans-Yurgen Gede "Vnexpress” nəşrinə müsahibə verib.
Sportal.az xəbər verir ki, 63 yaşlı mütəxəssis "Neftçi"də işlədiyi dönəm haqda danışarkən prezidentin onun işinə qarışdığını söyləyib:
"Neftçi"nin prezidenti zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez işə müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, amma o, çox bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa şərait yarat".
Həmin vaxt paytaxt klubunun prezidenti Əkbər Hacıyev olub. Alman mütəxəssis hazırda Vyetnam Futbol Federasiyasının texniki direktoru vəzifəsində işləyir.
saytlarin hazirlanmasi