Bolqarıstan millisinin üzvü "Neftçi"yə gəlmədi

11:11 - 4 Avqust 2020

"Neftçi" Bolqarıstan millisinin üzvü Martin Raynovu transfer etmək istəyib.

 

Sportal.az "Topsport" nəşrinə istinadla xəbər verir ki, "ağ-qaralar" 28 yaşlı yarımmüdafiəçi üçün təklif göndərsə də, anlaşa bilməyib.

 

Raynov karyerasını Avropada davam etdirmək istəyir. Yaxşı təklif olmasa, o, son klubu "Levski"yə qayıdacaq.

 

Futbolçu ölkəsinin milli komandasında 7 oyun keçirib.

Xəbər xətti