"Neftçi" malili hücumçuya 200 min təklif etdi

00:34 - 4 Sentyabr 2020

"Neftçi" Fransa II liqa təmsilçisi "Şatoru"dan ayrılan Şeyk Diarraya təklif göndərib.

 

Sportal.az "Ajansspor"a istinadla xəbər verir ki, "ağ-qaralar" malili hücumçuya illik 200 min avro maaş təklif edib.

 

28 yaşlı futbolçu daha əvvəl Fransada "Renn", "İstr", "Oser", "Paris" və "Tur" klublarının da formasını geyinib. Diarra 2018-ci ildən çıxış etdiyi "Şatoru"da 25 oyun keçirib və 3 qol vurub. Mali millisində oynamış hücumçu Fransa II liqasında ümumilikdə keçirdiyi 190 oyunda 41 qol vurub, 19 məhsuldar ötürmə edib.

Xəbər xətti