"Neftçi"nin büdcəsi açıqlandı

16:30 - 10 Sentyabr 2020

"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasına açıqlamasında bu mövsüm üçün xərclərin 35 faiz azalacağını deyib.

 

Sportal.az xəbər verir ki, o, koronavirus pandemiyasının "ağ-qaralar"a da təsir etdiyini deyib:

 

"Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb".

Xəbər xətti