Belarusun BATE klubu baş məşqçisi Kirill Alşevski ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, uğursuz nəticələrə görə, 38 yaşlı mütəxəssisinin müqaviləsinə xitam verilib.

 

Belaruslu mütəxəssis 2020-ci ilin yanvarından əsas komandanı çalışdırırdı.