"Bu gün komandamız məşqləri bərpa etdi. Hələlik yalnız yerli oyunçularla hazırlıq keçirik".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib. Klubun TV-sinə açıqlamasında mütəxəssis bildirib ki, yaxın günlərdə legionerlərin də komandaya qoşulacaqlarını gözləyirlər.
Abasov yoxlama matçları üçün rəqib axtarışının davam etdiyini söyləyib: "Ola bilər ki, birinci divizion komandalarından birinə müraciət edək".
Mütəxəssis onu da deyib ki, klub komandadan gedən Prins İbaranın yerinə hücumçu axtarışını davam etdirir: "Hələlik nəticə yoxdur. Bu da normaldır. Çünki indiki mərhələdə heç kim öz hücumçusunu buraxmaz. Ola bilər, kimisə icarəyə götürmək. Axtarışımız davam edir".
Abasov İbaranın "Neftçi"dən getməsi barədə də danışıb: "O, burada xoşbəxt deyildi. Başa düşürdü ki, burada kiminsə yerini tutur və özünü göstərə bilməyib. Təbii ki, özü getmək istədi".
saytlarin hazirlanmasi