"Artıq dünən fərdi məşqlərə başlamışıq. Komandada əhval-ruhiyyə yaxşıdır".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Aqil Məmmədov klubun televiziyasına açıqlamasında deyib.
Təlim-məşq toplanışı barədə danışan 31 yaşlı qolkiper hazırlığın normal olduğunu bildirib: "Sabahdan komanda şəklində məşq edəcəyik. Çalışırıq ki, əhval-ruhiyyə yüksək olsun və çempionata yaxşı hazırlaşaq".
Məmmədov legionerlərin hələlik komandaya qoşulmaması haqda isə qeyd edib: "Hazırda fiziki məşqlərə üstünlük veririk. Komanda tam tərkibdə məşq edə bilmir, qapıçılar və futbolçular ayrıdır. Legionerlərin olmamasının bizə təsiri hələ ki, özünü göstərmir. Hər şey qaydasındadır".
saytlarin hazirlanmasi