"Neftçi"nin futbolçusu Saman Nərimancahan klubun saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi fasilə müddətində yaxşı dincəldiyini söyləyib: "Bir ildi ailəmi görmürdüm. Mənim üçün çox çətin idi. Gedib hamını - atamı, anamı, nişanlımı gördüm. Meydanda əlimdən gələni edib, komandama köməklik göstərmək istəyirəm. Hazırda 1-ci yerdəyik. Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik".
Nərimancahan son vaxtlar azarkeşlər tərəfindən tənqid olmasında belə reaksiya verib: "Hamının fikrinə hörmətlə yanaşıram. Bəzən onlar da haqlı olaraq irad bildirirlər. Hər zaman ən yaxşı performansımı göstərməyə çalışıram. Bəzi şeylər səndən asılı olmayaraq, qarşını kəsə bilər. Amma mən keçmişə yox, gələcəyə baxıram".
saytlarin hazirlanmasi