"Neftçi"nin baş məşqçisi Samir Abasov "Kəpəz"lə yoxlama oyunundan sonra klubun televiziyasına açıqlama verib.
Sportal.az xəbər verir ki, 1:0 hesablı qələbəni belə dəyərləndirib:
"Bu gün nəticə vacib deyildi. Həm komandaya ümumi, həm də individual olaraq ayrı-ayrı futbolçulara tapşırıqlarımız var idi. Əsas məsələ bunu görmək idi. Həm razı qaldığımız, həm də narazı qaldığımız məqamlar oldu. Əsas odu komanda meydanda hərəkətli idi. Yoldaşlıq oyunu tklifimizi qəbul etdiyinə görə "Kəpəz"ə təşəkkür edirik".
Abasov əsas komandada məşq edən və bu oyunda meydana çıxab "Neftçi-2"nin üzvləri barədə də fikirlərini bildirib:
"Onlar toplanış başlayandan - ayın 4-dən bizimlə bir yerdədilər. Bu gün hər biri həddən artıq istəkli idi, özlərini göstərməyə çalışrdılar. Səhvlər də olur, həyəcan da var idi. Amma ümumən hamısından xoşum gəldi. Həm məşqdə onlardan razı qalıram, həm də bu matçda razı qaldım".
Baş məşqçi hazırlıq prosesi gedişi barədə söyləyib:
"Bu vaxta kimi hər şey yaxşı gedir. Bu gün Sabiq Buqrin yox idi. Dünənki məşqdə yüngül zədə almışdı. Amma ümumən hər şey qaydasındadı. Legionerlər komandaya bir qədər gec qoşuldu. Onlara icazə vermişdik. Həmçinin, həm yerli oyunçulara, həm də əcnəbilərə istirahət müddətində xüsus proqram verilmişdi. Buna uyğun işləyiblər. Artıq demək olar ki, bütün komanda şəklində məşq edirik".
saytlarin hazirlanmasi