"Ramil Şeydayevə hörmətimiz var, Ceyms Adeniyini isə bizə calamaq istəyirdilər" - Samir Abasov

22:22 - 18 Yanvar 2021

"Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində qonaq olub.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Sabah"ın hücumçusu Ramil Şeydayevin adının "Neftçi" ilə hallanmasına münasibət bildirib:

 

"Ramil Şeydayevin özünə, karyerasına hörmətimiz var. İndi bu barədə nəsə danışmaq etik olmaz".

 

Baş məşqçi adı "Neftçi" ilə hallanan "Qəbələ"nin hücumçusu Ceyms Adeniyinin mümkün transferi barədə bunu deyib: "Adeniyini "Neftçi"yə calamaq istəyənlər var idi. Nə onunla, nə də adları çəkilən digər hücumçularla maraqlanırıq".

Xəbər xətti