Füzuli Məmmədov: “Həmin oyundan sonra “Neftçi”də işləmək istəmirdim” - VİDEO

21:30 - 22 Yanvar 2021

“Neftçi”nin keçmiş baş məşqçisi Füzuli Məmmədov "İdman" kanalında yayımlanan “Extra Time” verilişinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis verilişdə “Neftçi”dən ayrılığı barədə də danışıb:

 

“Mən istefa verdim, onlar da qəbul etdilər. Gördülər ki, fikrimdə qətiyəm. İstefamın səbəbi “Qarabağ”a böyük hesablı məğlubiyyət (0:6) oldu. Həmin oyundan sonra “Neftçi”də işləmək istəmirdim. Oyunun nəticəsi mənə çox pis təsir etmişdi. Klub prezidenti məni fikrimdən daşındırmağa çalışsa da, alınmadı. Hamıya təşəkkür edib, “Neftçi” ilə vidalaşdım. İstirahətə vaxtım olmadığı üçün istefa verdikdən sonra futboldan bir qədər kənarda qalmağa qərar verdim. Bu müddətin mənə xeyri oldu”.

 

Füzuli Məmmədov “Neftçi”dən ötən ilin noyabrında ayrılıb.

 

Xəbər xətti