"Neftçi”də seleksiya şöbəsi yaradılıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərliyin qərarına əsasən, bu şöbə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də istedadlı futbolçuların tapılıb üzə çıxarılması, eləcə də komandaların formalaşdırılmasını daha effektli şəkildə həyata keçirməkdən ötrü işlər görəcək.
Seleksiya şöbəsində veteran futbolçular – İqor Getman və Vadar Nuriyev yer alıblar.
Getmanla Nuriyev keçən ilin noyabrınadək "Neftçi”nin əsas komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetiriblər.
saytlarin hazirlanmasi