“Neftçi”nin Bolqarıstan ÇSKA-sından icarəyə götürdüyü Əhməd Əhmədovun müqaviləsinin detalları məlum olub.
Sportal.az "Tema Sport" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi mövsümün sonunda oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir. Bunun üçün "Neftçi" 150 min avro ödəməlidir.
Əhmədovun “Neftçi”də Sofiya təmsilçisindən ikiqat çox maaş alacağı bildirilib.
"Neftçi" 25 yaşlı hücumçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.
saytlarin hazirlanmasi