"Neftçi" bu oyuna həm psixoloji, həm də taktiki cəhətdən yaxşı hazırlaşmışdı. "Qarabağ"da isə bunun tam əksini gördük".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib. Ötən ilin noyabrında məhz "Qarabağ"a 0:6 hesablı məğlubiyyətdən sonra paytaxt klubundan ayrılan mütəxəssis dünən keçirilən derbi haqda təəssüratlarını bölüşüb.
"Görünür, "Qarabağ" dünənki oyuna yaxşı hazırlaşa bilməyib. Çünki "Qarabağ" daim hücum edən komandadır. Amma bu oyunda hücum etmək baxımından çətinlik çəkirdilər. Top itkiləri çox idi. Hücumlar zamanı bəzi səhvlərə yol verdilər ki, bunun da biri qolla nəticələndi. "Neftçi" "Zirə" ilə oyunda kuboku qazanmaq şansını itirdi. Belə oyundan sonra psixoloji olaraq komandanı güclü "Qarabağ"a qarşı hazırlamaq lazım idi. Onu da "Neftçi" bacarmışdı. Düzgün olaraq arxada kompakt müdafiə olunub, rəqibi əks hücumda tutmağa çalışırdılar. Bu hücumlardan biri də qolla nəticələndi.
İkinci qola isə rəqib futbolçunun qeyri-peşəkarlığı səbəb oldu. "Neftçi" az qol epizodu yaratdı, amma düzgün müdafiə oluna bildi. "Zirə" ilə oyunda qol vurmaq lazım olsa da bacarmamışdılar. Həmin oyunda "Zirə" kompakt müdafiə olunaraq lazım olan nəticəni əldə eləmişdi. Unutmaq lazım deyik ki, mənim də zamanımda "Neftçi" səfərdə "Qarabağ"ı 2:1 udmuşdu. Bizim hələ başqa qol epizodlarımız da olmuşdu, amma yararlana bilməmişdik. Mənim zamanımda komanda dördlü müdafiə ilə oynayırdı. Bu daha çox hücum sistemidir. 5-li müdafiə isə mənim üçün müdafiə sistemidir. Bu məqamda rəqibə az epizod verirsən, amma hücum zamanı istər-istəməz çətinliklər olur. Məsələn, "Zirə" ilə oyunda biz bunu gördük.
Bəzən mütəxəssəsilər bizi müqayisə edirlər. Mən istəməzdim belə olsun. Çünki birincisi mən dördlü sistemlə komandanı oynadırdım. İkincisi uzun müddətdən sonra biz bir yerdəydik. Mən bilirdim ki, zaman-zaman komanda daha yaxşı oynayacaq. Heyət bir-birinə uyğunlaşacaq və nəticələr də gələcəkdi. Mən getdikdən sonra komanda ardıcıl 3 oyun qələbə qazandı.
Bu o demək deyil ki, mənim orda əziyyətim, işim yoxdur. Orda mənim də əziyyətim var. Bunları qeyd eləmək lazımdır. Əlbəttə ki, bu sözlərimlə "Neftçi"nin qələbəsinə, yeni baş məşqçi Samir Abasovun işinə kölgə salmaq istəmirəm. "Neftçi" bundan sonra digər komandalarla dominat futbol oynamalıdır.
Bu məqamda müdafidə bəzi səhvlər olur və rəqiblər bundan istifadə edirlər. Komanda qarşıdakı oyunlarda da belə əzmkar, güvənli oynasa, qələbə qazana bilər. Hər şeyi qarşıdakı oyunlar, nəticələr göstərəcək. Bunun haqqında indi nəsə demək düzgün olmaz" (sportinfo.az).
saytlarin hazirlanmasi