“Neftçi”nin yarımmüdafiəçisi Bruno Teluşi Azərbaycan və Albaniya futbolunu müqayisə edib.
Sportal.az xəbər verir ki, alban futbolçu “Panoramasport”a açıqlamasında Azərbaycan futbolunun səviyyəsi barədə danışarkən bunları söyləyib:
“Azərbaycan futbolu Albaniyadakından xeyli fərqlənir. Burda futbolun səviyyəsi yüksəkdir. Şərtlər isə bizdəki ilə müqayisədə daha yaxşıdır”.
Ötən ilin oktyabrından “Neftçi”də çıxış edən 30 yaşlı oyunçunun “ağ-qaralar”la müqaviləsi cari mövsümün sonuna qədərdir.
saytlarin hazirlanmasi