Samir Abasov: "Sırf hücumçunun orda olması önəmli deyil"

21:06 - 8 Mart 2021

Azərbaycan Premyer Liqasında XIX turun “Neftçi” – “Keşlə” (3:1) oyunundan sonra təkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Komandamı təbrik edirəm. Oyuna aqressiv başladıq, sona qədər bunu davam etdirdik. Bunlar pozitiv məqamlardı. Neqativ odu ki, mən “Neftçi”yə gələndən ilk dəfə rəqibə belə qol imkanı verdik. Bu da bizdə həddən artıq suallar yaradır. Bunun üstündə işləməliyik. Yolumuza davam etməliyik. 20 günlük fasilədən öncə 1 oyunumuz qalıb. Ondan sonra bir qədər rahatlaşa bilərik.

 

- Səhv eləmirəmsə, ilk dəfə nominal forvardsız oynadız. Bundan başqa, ilk hissədə sol cinahda daha aktiv olsaz da, qolları sağ cinahdan qurulan hücumlar sayəsində vurduz...
- Bəzi məqamlar var sırf bu oyuna görə idi. Sağ müdafiəçimiz Ömər Buludov hücum baxımından açar oyunçumuz idi. Nominal hücumçu olmama məsələsinə gəlsək, sırf hücumçunun orda olması önəmli deyil. Futbolçuların hücumda necə iştirak etməsi vacibdi.

 

- Ömər qol vurandan sonra gəlib sizi qucaqladı. Bu, həmin açar oyunçu məsələsinə görə idi?
- Bəli.

 

- Hondanın “Neftçi”yə gəlişi gözlənilir. Onu kimin yerində oynadacaqsız?
- Hər baş məşqçiyə, kluba daha da xeyirli olar ki, yaxşıların arasına daha biri, təcrübəlisi gəlsin. Bu futbolçunun bizə köməyi dəyəcək. Son matçlarda, elə bum oyunda da gördük ki, sonlara doğru komandada bir qədər panika yaranır. Oyunu sakitləşdirmək baxımından Hondanın təcrübəsi bizə kömək edəcək. Fərqli-fərqli mövqelərdə oynamağı bacarır. Cnahda, hücumçunun arxasında, dayaqda çıxış edə bilir. Hansı mövqeyə qoysaq, xeyir verər. Gəlişinin 100 faiz olduğunu bilmirəm. Razılıq var. 90 faiz razılıq əldə olunub. İnşallah, başqa bir məqam çıxmaz.

 

- Müqaviləsi bu mövsümün sonuna qədər nəzərdə tutulub?
- Özünün də istəyi bu idi. Ancaq bu o demək deyil ki, dəqiqdi. Mövsümün sonunda nə baş verəcəyi onun bizi razı salması və ya bizim onun tələblərimizi qarşılaşmağımızdan asılı olacaq.

Xəbər xətti