Yaponiya millisinin keçmiş futbolçusu Keysuke Honda bu gün səhər Bakıya gəlib.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçunu hava limanında "Neftçi"nin nümayəndələri və bir qrup azarkeş qarşılayıb.
Bu gün təcrübəli futbolçu ilə müqavilə imzalanması gözlənilir.
Honda karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və "Botafoqo"da (Braziliya) çıxış edib.
saytlarin hazirlanmasi