“7 saat məşq etdim, demək olar gecəni yatmadım”

"İlk dəfə belə bir turnirdə qalib olduğum üçün xoşbəxtəm. Mübarizənin klassik şahmat üzrə olması mənim üçün vacib idi. Çünki belə yarışlarda çempion olmaq elə də asan deyil".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Superbet Chess Classic" turnirindəki qələbəsi barədə təəssüratlarını bölüşərkən deyib. 36 yaşlı qrossmeyster onu dəstəkləyən dostlarına təşəkkürünü bildirib:

 

"Oyunlarımı İslandiyada xəstəxanadan izləyən və hər gün mənə dəstək verən cənab Ceroma, həmçinin təkcə dostum, əmim oğlu yox, həm də qardaşım Vüsal Məmmədyarova "çox sağ ol" deyirəm. Turnir ərzində daim mənimlə birlikdə oldu. Təbii ki, bir də Coko və ailəsinə minnətdarlığımı bildirirəm. Coko Rumıniyada yaşayır, gənc şahmatçıdır. Bu gün doğum günüdür. Qələbəmi ona və cənab Ceroma həsr edirəm".

 

Məmmədyarov turnirə ciddi hazırlaşdığını söyləyib: "Son görüş öncəsi təqribən 7 saat məşq etdim. Demək olar ki, gecəni yatmadım. Pandemiya dövründə yarışa hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Uzun müddətdən sonra belə bir turnirdə iştirak etmək və güclü rəqiblərlə qarşılaşıb qələbə qazanmaq gözəl hissdir".

 

Təcrübəli şahmatçı yüksək səviyyəli təşkilatçılığa görə sponsorlara minnətdarlığını bildirib: "Qaldığımız otel, turnirin keçirildiyi zal çox gözəl idi.

 

Dostluq şəraitində yarış oldu. Siz şərhçilərə də minnətdaram. Həqiqətən də sizin şərhçiliyinizdən zövq aldım. Hər şey üçün çox sağ olun".

Tarix: 16 İyun [00:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Avqust 2021
4  Avqust 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio