Triatlonçumuz Olimpiya oyunlarına lisenziya qazandı

13:54 - 16 İyun 2021

Azərbaycan tarixində ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq.

 

Sportal.az xəbər verir ki, milli komandanın üzvü Rostislav Pevtsov Tokio-2020-də iştirak hüququna yiyələnib. Olimpiya reytinqində 46-ci olan idmançı lisenziyanı təmin edib.

 

Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması triatlonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib.

 

Pevtsov 12 may 2018 - 14 iyun 2021 və 4 yanvar 2021 - 15 iyun 2021 tarixlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib.

Xəbər xətti