Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

15:00 - 21 İyun 2021

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin A qrupunda iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləmək üçün Azərbaycana səfərə gələn UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb.

 

Sportal.az xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.

Xəbər xətti