Teymur Rəcəbov blits turnirində 9-cu oldu

11:06 - 23 İyun 2021

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi iyunun 22-də başa çatıb.

 

Sportal.az xəbər verir ki, şahmatçımız ikinci mərhələnin blits turnirində yekun nəticəyə görə 9-cu olub. Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub.

 

İyunun 18-20-də “Grand Chess Tour”un ikinci mərhələsinin rapid yarışlarında da Uesli So birinci yeri tutub. Həmin turnirdə isə şahmatçımız səkkizinci nəticəni göstərib.

Xəbər xətti