Olimpiadaya hazırlaşan atlet faciəvi şəkildə vəfat etdi

18:06 - 26 İyun 2021

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlaşan qətərli atlet Abdalelah Harun vəfat edib.

 

Sportal.az xəbər verir ki, 400 metr məsafəyə qaçışda mübarizə aparan idmançı 24 yaşında avtomobil qəzasında dünyasını dəyişib.

 

Harun 2015-ci ildə Asiya çempionu, 2018-ci ildə isə Asiya Oyunlarının qalibi olub. O, 2017-ci ildə Londondakı dünya çempionatında bürünc medal qazanıb.

Xəbər xətti