İyulun 3-4-də Çexiyanın Teplisa şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçiriləcək.
Sportal.az xəbər verir ki, turnirdə Azərbaycanı 10 cüdoçu təmsil edəcək. oğlanlar arasında Babarəhim Mirzəyev, Xəyal Həsənov (50 kq), Eltac Yusifli, Aydın Rzayev (60 kq) və Əjdər Bağırov (90 kq) mübarizə aparacaqlar.
Qızların yarışında isə Leyla Dəmirova (44 kq), Aydan Vəliyeva, Nəzrin Adnayeva, Könül Əliyeva (hər üçü 48 kq) və Lətifə Abbasova (52 kq) iştirak edəcəklər.
saytlarin hazirlanmasi