Eltac Səfərli liderlər qrupunda

14:44 - 7 İyul 2021

Belqradda birinci beynəlxalq “Serbia Chess Open 2021” şahmat turniri davam edir.

 

Sportal.az xəbər verir ki, keçirilmiş dörd turdan sonra yarışın “Masters” turnirində Azərbaycan şahmatçılarından Eltac Səfərli 5 xalla liderlər qrupunda mübarizə aparır. Təmsilçilərimiz Ülvi Sadıqov, Aydın Süleymanlı, Pərviz Qasımov liderdən cəmi yarım xal geridədirlər.

 

“Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edir.

Xəbər xətti