Tokio-2020: Braziliyalı futbolçu tarixə düşdü

Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Marta da Silva tarixi uğura imza atıb.

 

Sportal.az xəbər verir ki, obuna Tokio-2020 Yay Olimpiya Oyunlarında nail olub.

 

35 yaşlı hücumçu bunu F qrupunda Çin yığmasını 5:0 hesabı ilə məğlub etdikləri matçda bacarıb. Qarşılaşmada iki qol vuran Marta ardıcıl 5-ci Olimpiadada qol vuran ilk futbolçu kimi tarixə düşüb.

 

Təcrübəli hücumçu 2004, 2008, 2012 və 2016-cı illərdəki Olimpiadalarda da qol vurmağı bacarıb.

Tarix: 21 İyul [15:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio