"Sumqayıt"ın oyun üslubuna heç bir etirazım yoxdur" - "Çukariçki"nin baş məşqçisi

Serbiyanın “Çukariçki” klubunun baş məqçisi Pavle Delibaşiç Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 0:0 hesabı ilə bitən matç barədə bunları deyib:

 

“Bu oyun bizim üçün xüsusi önəm daşıyırdı. 90 dəqiqə ərzində qol vurmağa çalışsaq da, alınmadı. Qarşıda cavab matçı var. Ümid edirəm ki, həmin oyunda rəqibin müdafiə xəttini yarıb qol vuracaq və növbəti raunda adlayacağıq. Qol bura bilmədik. Oyunçu seçiminə gəlincə, səhv edə bilərik. Amma belə olmaya da bilər. Çünki 90 dəqiqə ərzindəki təzyiq bizim daha yaxşı olduğumuzu göstərdi. Rəqibi müdafiədə saxladıq. “Sumqayıt” oyun ərzində heç nəyi dəyişə bilmədi. Onların oyun üslubuna heç bir etirazım yoxdur”.

Tarix: 22 İyul [02:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio