"Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşer "Atalanta" ilə matçdan (3:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, norveçli mütəxəssis Kriştiano Ronaldo haqda fikirlərini bildirib. O, portuqaliyalı ulduzun çalışqanlığından danışıb:
"Kriştiano Ronaldonu tənqid etmək istəyən varsa, sadəcə bu matçı izləsin. Çalışqanlığını və necə qaçdığını görsünlər. Bir hücumçunun etməli olduğu hər şeyi etdi. Hücumu idarə etdi, müdafiəyə kömək etdi.
Oyunçulara hörmətsizlik etməyin. Onlar dünyanın ən şanslı adamlarıdı. Çünki, "Mançester Yunayted" üçün oynayırlar. Milyonlarla oğlan və qız uşağı bunu etməyi çox istəyərdi. İlk hissədə yaxşı oynadığımızı zənn edirdim. Amma iki dəfə rəqibə şans verdik və iki qol buraxdıq. Bu, artıq bitməlidi. Belə bir alışqanlığımız oldu, amma futbolçular inanmaqdan əsla vaz keçmədilər və davam etdilər".
saytlarin hazirlanmasi