Ronaldodan daha bir rekord

16:57 - 21 Oktyabr 2021

"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu buna "Atalanta"ya 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub.

Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb.

Xəbər xətti