"Yuventus"u qrup lideri edən qələbə - VİDEO

23:34 - 8 Dekabr 2021

Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, H qrupunda "Yuventus" öz meydanında İsveçin "Malmö" klubunu qəbul edib. Qarşılaşma Turin təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

15 xal toplayan "Yuventus" qrupu lider kimi başa vurub. 1 xalı olan "Malmö" isə avrokuboklarla vidalaşıb.

 

"Yuventus" - "Malmö" 1:0

Qol: Moyze Kin, 18

 

Xəbər xətti