Xavi: "Aid olduğumuz yer Avropa Liqası deyil"

16:06 - 9 Dekabr 2021

"Barselona" Çempionlar Liqası qrup mərhələsinin son turunda "Bavariya"ya 0:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək. "Barselona"nın baş məşqçisi Xavi matçdan sonra açıqlama verib. O, Avropa Liqasının "Barselona"nın yeri olmadığını deyib:

 

"Artıq Avropa Liqasında mübarizə aparacağıq. Bu, "Barselona" üçün qəbuledilməzdir. Amma qəbul etmək məcburiyyətindəyik. İndi yeni dönəmə sıfırdan başlamalıyıq. Çox şey dəyişdirməyimiz lazımdır. "Barselona"nı aid olduğu yerə qaytarmağa borcluyuq. Aid olduğumuz yer Avropa Liqası deyil".

Xəbər xətti