Çempionlar Liqası qrup mərhələsinin son turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb. 22 yaşlı forvard “Atletiko”dan Antuan Qrizmann, “Vilyarreal”dan Arnot Danjuma və “Lill”dən Conatan İkonu qabaqlayıb.
Qeyd edək ki, PSJ-nin "Brügge"ni 4:1 hesabı ilə məğlub etdiyi matçda Mbappe 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi