Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkatmada hər turnirdə qrup mərhələsini adlamış 16 komanda iştirak edəcək. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcəklər.
1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.
UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi
Səpələnmişlər
“Ayaks” (Niderland)
“Bayern” (Almaniya)
“Liverpul” (İngiltərə)
“Lill” (Fransa)
“Mançester Siti” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya)
“Yuventus” (İtaliya)
Səpələnməmişlər
“Atletiko” (İspaniya)
“Benfika” (Portuqaliya)
“Vilyarreal” (İspaniya)
“Zalsburq” (Avstriya)
“İnter” (İtaliya)
PSJ (Fransa)
“Sportinq” (Portuqaliya)
“Çelsi” (İngiltərə)