Çempionlar Liqası: təkrar püşkün nəticələri

20:12 - 13 Dekabr 2021

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, birincidə texniki səhv baş verdiyi üçün tədbir ikinci dəfə təşkil olunub.

Püşkatmada turnirdə qrup mərhələsini adlamış 16 komanda iştirak edib. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində qərarlaşıb. Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarını səfərdə keçirəcək.

1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi


"Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
"Atletiko" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)
PSJ (Fransa) - "Real" (İspaniya)

Xəbər xətti