"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Zaltsburq" haqda danışıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı mütəxəssis güclü komanda ilə üz-üzə gələcəklərini deyib. O, Avstriya təmsilçisini çətin rəqib adlandırıb:
"Zaltsburq" çətin vəziyyətlərdən çıxmağı bacaran sistemli bir komandadır. Bizim üçün pis rəqibdir. Oynamağa və qazanmağa ac, son dərəcə gənc kollektivdir. Onlara qarşı oynamaq bizi narahat edir. Mattias Jayssl kimi yaxşı məşqçiyə sahibdirlər. Hər iki matça çox yaxşı hazırlaşmağımız lazımdır. Çünki bizi təzyiq altında saxlayacaqlar".
Qeyd edək ki, "Bavariya" ilə "Zaltsburq" arasında ilk oyun 2022-ci ilin 16 fevral tarixində Avstriyada, cavab görüşü isə martın 8-i Münhendə baş tutacaq.
saytlarin hazirlanmasi